Bank Of Baku

Azərbaycanda “RTR-Planeta”nın, Rusiyada isə Az.TV-nin nəzdində yaradılacaq kanalın yayımlanması gözlənilir

Azərbaycanda “RTR-Planeta”nın, Rusiyada isə Az.TV-nin nəzdində yaradılacaq kanalın yayımlanması gözlənilir
# 21 iyun 2007 11:47 (UTC +04:00)
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (Az.TV QSC) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın APA-ya verdiyi məlumata görə, bu müzakirələr Az. TV-nin sədri Arif Alışanovun Oleq Dobrodeyevlə görüşündə müzakirə olunub. X. Qasımovanın sözlərinə görə, Az.TV-nin Rusiyanın məhz azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə yayımlanması məsələsi də müzakirə mövzusu olub. Rusiyada birbaşa Az.TV-nin yox, şirkətin nəzdində fəaliyyət göstərəcək hər hansı kanalının yayımı gözlənilir. Belə ki, Azərbaycanda RTR-Planetanın yayımlanması müqabilində Rusiyada da AZ.TV-nin nəzdində yaradılmış əlavə kanalın yayımlanması mümkündür. Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, konkret razılaşma iyulun 10-a qədər Azərbaycan və Rusiyada problemin həlli ilə bağlı yaradılmış işçi qruplar arasında əldə olunacaq. Rusiyada Azərbaycan kanalının yayımlanması isə müəyyən hazırlıq prosesindən sonra baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR