Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda konfrans keçirilib
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qəzetlərin partiyaların asılılığından çıxması və peşəkar, müstəqil redaksiyaların formalaşmasını təklif edib.
Millət vəkili Əli Hüseynov son vaxtlar böhtan maddəsinin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı təkliflərə toxunub: “Bu maddə təkcə jurnalistlərə aid deyil. Ona görə indiki məqamda bunu ləğv etməyə ehtiyac yoxdur”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə YAP-ın ötən il mətbuatla bağlı keçirdiyi konfransdan sonra 5 jurnalistin həbs edildiyini qeyd edib. O, yaranmış problemlərin mətbuat yox, cəmiyyətlə bağlı olduğunu bildirib: “Azərbaycanda jurnalistlərin həbsindən imtina etmək lazımdır. Bizim yazılarımızla bağlı məhkəməyə müraciət edilir, jurnalist cəzalandırılır, amma yazılardakı faktlar araşdırılmır”.
“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da jurnalistlərin həbsdən azad olunmasının vacibliyini vurğulayıb və belə müzakirələrin davamlı olmasını arzulayıb.
Millət vəkili Fəzail Ağtamalı isə ayrı-ayrı partiyaların inhisarında olan qəzetləri “azad sözün buxovu” adlandırıb. O, “Diffamasiya haqqında” qanun qəbul ediməsinin tərəfdarı olduğunu söyləyib.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev tədbirdə mətbuatın problemləri ilə bağlı daimi fəaliyyət göstərən Məşvərət Məclisinin yaradılması və prezidentin mətbuatın problemlərinin həlli ilə bağlı sərəncam imzalanmasını təklif edib.
Millət vəkili Gülər Əhmədova isə peşəkarlığı az olan şəxslərin jurnalist fəaliyyətindən uzaqlaşdırılmasını, həmçinin qəzetlərin qeydiyyatı ilə bağlı qaydalara yenidən baxılmasını təklif edib.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov böhtanla bağlı maddənin Cinayət Məcəlləsindən çıxarılmasına ehtiyac olmadığını deyib.
Mətbuat Şurasının üzvü Qulu Məhərrəmli mətbuatın gələcəyinə nikbin yanaşdığını vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, iqtidar-müxalifət münasibətləri normal olsa, bu, mətbuatın durumuna da müsbət təsir göstərər. Q. Həsənquliyev Milli Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlərin əfv edilməsi ilə bağlı prezidentə dəyirmi masa iştirakçıları adından müraciət edilməsini təklif edib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxışında “Diffamasiya haqqında” qanun qəbul edilməsinin zəruriliyini vurğulayıb və mətbuatın bəzi problemləri, reklam bazarı barədə danışıb.
Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, hazırda ayrı-ayrı jurnalistlər insanların şərəf və ləyaqətlərini alçaltdıqlarına, böhtan atdıqlarına görə həbsdədirlər: “Hakimiyyət olaraq bu insanların həbsdə olması bizi narahat edir. Biz onların azad olunmasını istəyirik”. Ə. Həsənov jurnalistlərin həbsdən azad edilməsi ilə bağlı əfv fərmanı imzalanacağına əmin olduğunu da deyib. Böhtan maddəsinin Cinayət Məcəlləsindən çıxarılması təkliflərinə toxunan Ə. Həsənov qeyd edib ki, bu maddə təkcə jurnalistlərlə bağlı deyil: “Ayrı-ayrı insanlar da bir-birinə böhtan ata bilərlər. Ona görə də bunun xüsusi olaraq jurnalistlərə aid edilməsi düzgün deyil. “Diffamasiya haqqında” qanun o zaman qəbul ediləcək ki, mətbuat işçiləri başqasını təhqir etməyi özünə rəva bilməyəcək. Başqa sözlə, mətbuatda bu peşəni nüfuzdan salan insanlar işləməyəcək. Biz də qəbul etmişik ki, bu qanun nə vaxtsa qəbul olunacaq. Amma öncə mətbuatın buna hazır olması lazımdır”. /APA/
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur