Mətbuat Şurası Milli Mətbuat Günü münasibətilə silsilə tədbirlər həyata keçirəcək
21 iyun 2007 13:43 (UTC +04:00)
Mətbuat Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, Milli Mətbuat Günü ilə əlaqədar rəhbərlik etdiyi qurum KİV rəhbərləri, diplomatik korpusun nümayəndələri üçün qəbullar təşkil edəcək. Bundan əlavə bayram günü “Media Açarı” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçiriləcək. Ə. Amaşov jurnalistlərin sosial vəziyyətinin qənaətbəxş olmadığını və onların mənzil probleminin həlli ilə bağlı addımların atılacağını da deyib. Şura sədri bir qrup jurnalistin “Jürnalist” Mənzil Tikinti Kooperativi yaratdığını, lakin onlara bina tikilməsi üçün yer ayrılmadığını deyib: “Jurnalistlərin mənzillə təmin olunmasını müvafiq qurumlarla müzakirə aparıb müsbət cavab alacağıq. Milli Mətbuat Günü ərəfəsində bununla bağlı müəyyən addımların atılması nəzərdə tutulub. Bizə həmin binanın tikilməsi üçün şəhər rəhbərliyinin yer ayırması lazımdır. Jurnalistlər bu binanı öz vəsaitləri hesabına tikəcəklər. İnanıram ki, bu təklifi həyata keçirə biləcəyik”. Ə. Amaşov mənzil probleminin jurnalistlərin həm iş fəaliyyətinə, həm şəxsi həyatına pis təsir göstərdiyini deyib. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024