Qənimət Zahid: “Ukrayna meydanında mitinq keçirmək niyyətimiz yoxdur”
21 iyun 2007 16:41 (UTC +04:00)
Jurnalistlər Bakı şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi ərazidə - Ukrayna meydanında mitinq keçirmək fikrində deyillər. Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib. Onun sözlərinə görə, şəhər rəhbərliyi qeyri-qanuni olaraq onların təyin etdiyi yerdə aksiya keçirməyə icazə verməyib. Aksiyanın şəhər rəhbərliyi tərəfindən kütləvi tədbirlər üçün ayrılmış yerə təyin edildiyini bildirən Q. Zahid BŞİH-nin mövqeyinin anlaşılmaz olduğunu bildirib. Baş redaktor aksiyanın keçirilib-keçirilməməsi ilə bağlı konkret qərarın verilmədiyini bildirib: “Bu barədə sabah redaktorların iclasında qərar tqəbul olunacaq. Amma mən Ukrayna meydanında mitinq keçirilməsinə tərəfdar deyiləm”. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də APA-ya açıqlamasında məsələ ilə bağlı konkret qərarın sabah qəbul olunacağını deyib: “Ötən aksiyada da şəhər rəhbərliyi eyni mövqeni tutmuşdu və biz Ukrayna meydanında mitinq keçirməkdən imtina etdik. Amma mitinqlə bağlı konkret qərarımız hələlik yoxdur”. Qeyd edək ki, jurnalistlər şəhər rəhbərliyinə etdiyi müraciətdə “Neftçilər” metro stansiyasının yanından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydana kimi yürüş keçiriləcəyini və aksiyanın meydanda mitinqlə davam etdiriləcəyini bildirsələr də, şəhər rəhbərliyi aksiyanın Ukrayna meydanında keçirilməsini məqbul sayıb. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024