Nuşirəvan Məhərrəmli: “Rusiyada yayımlanmaq üçün Az.TV-nin nəzdində ayrıca kanal yaradılmasına ehtiyac yoxdur”
22 iyun 2007 09:15 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O, RTR rəhbəri Oleq Dobrodeyevlə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun arasında “RTR-Planeta” kanalının Azərbaycanda yayımını davam etdirməsi müqabilində Rusiyada da Az.TV-nin nəzdində yaradılacaq ayrıca kanalın yayımlanması barədə ilkin razılaşmaya münasibət bildirərkən belə deyib. Şura sədri Rusiyada Az.TV-nin yayımlanmasının məqsədəuyğun olduğunu deyib. Onun fikrincə, əlavə vəsait sərf edib həmin ölkədə yayımlanmaq üçün başqa kanal yaratmaq lazım deyil: “Belə çıxır ki, kim nə istəyir onu da edir. “RTR-Planeta” yaradılıb deyə buna uyğunlaşıb, onun bənzətməsini yaratmağa ehtiyac yoxdur. Çünki Azərbaycan Rusiya deyil. Rusiya həddən artıq böyük ölkədir. Ona görə də düşünürəm ki, Rusiyada azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə Az.TV özü yayımlanmalıdır”. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024