“Samanyolu” kanalının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı danışıqlar davam edir
22 iyun 2007 09:50 (UTC +04:00)
Türkiyənin “Samanyolu” kanalının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı danışıqlar davam edir. Kanalın Azərbaycandakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, danışıqlar hələ başa çatmadığından prosesin gedişi barədə məlumat verilmir. Danışıqların getməsi barədə məlumatı təsdiqləyən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, xarici kanalların Azərbaycanda yayımının dayandırılması barədə Şuranın qərarı hələ ki öz qüvvəsindədir. Xatırladaq ki, MTRŞ-nin qərarına əsasən ölkə ərazisində xarici kanalların yayımı iyulun 10-dan dayandırılacaq. TRT-nin Azərbaycan milli tezliyində yayımlanması barədə müqavilənin müddəti başa çatmadığı üçün qadağa hələlik həmin kanala aid edilmir. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024