Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib
22 iyun 2007 13:14 (UTC +04:00)
Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin yazarı Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. APA-nın xəbərinə görə, komitənin sədri Emin Hüseynli, M. Sakitin qardaşı Qənimət Zahid, məhbusun həyat yoldaşı Rəna Zahidova da tədbirdə iştirak ediblər. Komitə üzvləri həbsdə olduğu müddətdə M. Sakitin hüquqlarının pozulduğunu deyiblər. Müdafiə Komitəsi onun evindən olduqca uzaq məsafədə yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanmasının Avropa İnsan Haqları Konvensiyasının tələblərinə zidd olduğunu da deyiblər.
Müdafiə Komitəsinin sədri Emin Hüseynli qurumun təşəbbüsü ilə həbsdə olan jurnalistlərin maddi çətinliklərlə üzləşməsini nəzərə alaraq, bu gündən başlayaraq maliyyə vəsaitinin toplanması ilə bağlı marafon başlandığı elan edib.
Qeyd olunub ki, iyulun 22-də, Mətbuat Günündə başa çatan marafonda toplanan vəsait yeddi jurnalistin ailəsi arasında bərabər şəkildə bölünəcək. Tədbirdə M. Sakitin barəsindəki məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağı da bildirilib. /APA/

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024