Jurnalistlərin iyunun 23-nə təyin edilən yürüş-mitinqi təxirə salınıb
22 iyun 2007 14:16 (UTC +04:00)
Redaktorlar Birliyi iyunun 23-nə təyin etdiyi yürüş-mitinqi təxirə salıb. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, buna səbəb Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) aksiyanın təyin olunduğu yerdə keçirilməsinə icazə verməməsidir. Ş. Çobanoğlu artıq ikinci dəfədir ki, Nizami rayonu ərazisində mitinq keçirmək üçün müraciət etdiklərini, amma şəhər rəhbərliyinin hər iki aksiyanın Ukrayna meydanında keçirilməsini məsləhət gördüyünü deyib: “Biz bu cavabları aksiyalara icazə verilməməsi kimi qiymətləndiririk. Buna görə də Bakı şəhər İcra Hakimiyyətinin qərarı qeyri-qanunidir və bu qərardan məhkəməyə müraciət etmişik”. Ş. Çobanoğlu bildirib ki, Redaktorlar Birliyinin gələn həftə keçiriləcək iclasında növbəti aksiyalarla bağlı qərar qəbul olunacaq. O, elan olunmamış aksiyaların keçirilməsini istisna etməyib.
Redaktorların bugünkü iclasında həmçinin iyunun 29-da medianın durumu ilə bağlı forumun keçirilməsi qərara alınıb. Forumda ayrı-ayrı KİV rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edəcək. /APA/
Redaktorların bugünkü iclasında həmçinin iyunun 29-da medianın durumu ilə bağlı forumun keçirilməsi qərara alınıb. Forumda ayrı-ayrı KİV rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edəcək. /APA/
Media
Rusiyanın 4 KİV-nin Aİ ərazisində yayım fəaliyyəti qadağan edilib
16:35
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:35
13 may 2024
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:27
13 may 2024