“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə yenidən aclıq aksiyasına başlayıblar

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə yenidən aclıq aksiyasına başlayıblar
# 22 iyun 2007 14:32 (UTC +04:00)
Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə bu gündən yenidən aclıq aksiyasına başlayıblar. “Müxalifət” qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, jurnalistlər bəyanatlarında jurnalistlərin həbsdə olduğu, mətbuata təzyiqlərin davam etdiyi şəraitdə Azərbaycan nümayəndə heyətinin AŞPA sessiyasında iştirakına şərait yaradılmamasını tələb ediblər.
Xatırladaq ki, hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən 2 il 6 ay həbs cəzası alıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR