Polis tərəfindən saxlanılmış “Yüksəliş naminə” qəzetinin baş redaktoru və əməkdaşı sərbəst buraxılıb

Polis tərəfindən saxlanılmış “Yüksəliş naminə” qəzetinin baş redaktoru və əməkdaşı sərbəst buraxılıb
# 25 iyun 2007 08:15 (UTC +04:00)
İyunun 22-də polis tərəfindən saxlanılmış Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd və əməkdaşı Elçin Həsənov həmin gün sərbəst buraxılıblar. Bu barədə APA-ya E. Məmməd məlumat verib. Baş redaktor bildirib ki, polis bölməsində onlardan yazılı izahat alınıb: “İyunun 22-də qəzetdə dərc olunmuş yazı ilə bağlı bizi Sumqayıt Dövlət Universitetinə çağırmışdılar. Universitetdə prorektor Məmməd Əhmədovla görüşdük. Sonra şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə gətirdilər. Bölmədə bizdən universitetə getməyimizin səbəbini soruşdular. İzahat aldıqdan sonra bizi sərbəst buraxdılar. Bildirdilər ki, araşdırmanın nəticəsindən asılı olaraq, bizi yenidən bölməyə çağıracaqlar”. Qeyd edək ki, E. Həsənovun adı xaricdən siyasi sığınacaq almaq üçün müraciət etmiş 24 jurnalistin siyahısında var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR