Gürcüstan Cənubi Osetiya probleminin həlli üçün ciddi diplomatik həmləyə hazırlaşır

Gürcüstan Cənubi Osetiya probleminin həlli üçün ciddi diplomatik həmləyə hazırlaşır
# 25 iyun 2007 08:21 (UTC +04:00)
Gürcüstan Rusiyaya Cənubi Osetiyanın separatçı rejimi ilə əlaqələri kəsməsinin əvəzində bir sıra güzəştlər təklif edəcək. APA-nın xəbərinə görə, Rusiyanın “Kommersant” qəzeti yazıb ki, rəsmi Tiflis Rusiya hakimiyyətini separatçıların başçısı Eduard Kokoytı ilə münasibətlərə son qoyaraq Cənubi Osetiyanın müvəqqəti administrasiyasının rəhbəri Dmitri Sanakoyevi tanımağa çağıracaq. Qəzet iddia edir ki, bu, iki ölkənin xarici işlər nazirləri Gela Bejuaşvili ilə Sergey Lavrovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul sammiti çərçivəsində keçiriləcək görüşündə baş verəcək. Gürcüstan tərəfi bu məqsədlə Rusiyaya rədd edilməsi çox çətin olan təklif irəli sürməyə hazırlaşır. Ötən həftə bu barədə açıqlama verən G. Bejuaşvili Rusiyaya çox ciddi və maraqlı təklifləri olduğunu bildirib. Prezident Mixail Saakaşvili isə GUAM-ın Bakı sammiti zamanı Cənubi Osetiyanın qaytarılması üçün xüsusi plana malik olduğunu, problemin həlli üçün böyük vaxta ehtiyac duyulmadığını bəyan etmişdi. “Kommersant”ın yazdığına görə, planın önəmli hissəsi Eduard Kokoytı rejimini Rusiyanın siyasi və iqtisadi dəstəyindən məhrum etməkdir. Gürcüstan hökumətindəki mənbə qəzetə açıqlamasında deyib ki, Moskva bu təkliflə razılaşsa, Tiflis ona münaqişənin həllinə dair razılaşmaların rəsmi qarantı rolu verməyə hazırdır: “Biz hətta öz ərazimizdə Rusiyanın hərbi mövcudiyyətini qanuniləşdirməyə və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü yolunda qoyduğumuz maneələri aradan qaldırmağa razıyıq”.
Qeyd edək ki, QDİƏT-in İstanbul sammiti bu gün başlayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR