“Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı verilən apellyasiya şikayətinə iyunun 29-da baxılacaq

“Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı verilən apellyasiya şikayətinə iyunun 29-da baxılacaq
# 25 iyun 2007 08:52 (UTC +04:00)
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin azadlıqdan məhrum edilməsi barədə Yasamal Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə iyunun 25-də baxılacaq. Bu barədə APA-ya Apellyasiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR