Üzeyir Cəfərov döyülməsi ilə bağlı cinayət işini araşdıran müstəntiqi məhkəməyə verir

Üzeyir Cəfərov döyülməsi ilə bağlı cinayət işini araşdıran müstəntiqi məhkəməyə verir
# 25 iyun 2007 11:10 (UTC +04:00)
Bu il aprelin 20-də axşam saatlarında naməlum şəxslərin hücumu nəticəsində xəsarətlərə məruz qalan “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov hadisə ilə bağlı araşdırma aparan Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Rafiq Əliyevin cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəməyə müraciət edəcək. Bu barədə APA-ya açıqlamasında Üzeyir Cəfərov bildirib. Redaktor müstəntiqin işlə bağlı heç bir araşdırma aparmadığını deyib: “Müstəntiqin imzası ilə bu gün ünvanıma göndərilən məktubda bildirilir ki, mənə hücum edən şəxslərdən birinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbov olması faktı təsdiqlənməyib, onun heç bir günahı yoxdur. Onun bu yanaşması qanunsuzdur. Müstəntiq heç bir araşdırma aparmayıb və mənim şahid kimi adlarını təqdim etdiyim redaksiyanın 4 əməkdaşından heç birini dindirməyib”.
Ü. Cəfərov deyib ki, o müstəntiqin barəsində tədbir görülməsi xahişi ilə respublikanın baş prokuroru Zakir Qaralova da müraciət edəcək.
Rafiq Əliyev isə APA-nın qeyd edilənlərlə bağlı sualını cavablandırmayıb.
Qeyd edək ki, redaktor ona hücum edən şəxslərdən birinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbov olduğunu iddia edir.
Xatırladaq ki, Ü.Cəfərova xəsarət yetirilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) üzrə cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR