Azərbaycan mətbuat tarixinə işıq salan “Senzurnamə” filminin çəkilişləri başa çatıb

Azərbaycan mətbuat tarixinə işıq salan “Senzurnamə” filminin çəkilişləri başa çatıb
# 25 iyun 2007 14:29 (UTC +04:00)
Azərbaycan mətbuat tarixinə işıq salan “Senzurnamə” filminin çəkilişləri başa çatıb. Bu barədə APA-ya “Sezurnamə” filminin məsləhətçisi Məmməd Nazimoğlu məlumat verib. Onun bildirdiyinə görə, filmdə senzuranın tarixi, Sovet hakimiyyəti illərində onun mətbuatda yaratdığı fəsadlar öz əksini tapıb. Ekspertlər, tanınmış jurnalistlər, keçmiş senzorların çıxışlarının yer aldığı filmdə çağdaş mətbuatımızın problemləri, üzləşdiyi çətinliklər də təsvir olunub. Filmin rejissoru Teymur Nəcəfzadə, ssenari müəllifi Sədi Məmmədovdur. “Senzurnamə”nin təqdimat mərasimi 22 iyul Milli Mətbuat günü ərəfəsində keçiriləcək. Qeyd edək ki, film Söz Azadlığını Müdafiə Fondunun sifarişi və Böyük Britaniya səfirliyinin vəsaiti ilə VVS şirkətində çəkilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR