İyunun 29-da mətbuatın problemlərinin müzakirəsi üçün forum keçiriləcək

İyunun 29-da mətbuatın problemlərinin müzakirəsi üçün forum keçiriləcək
# 27 iyun 2007 09:39 (UTC +04:00)
Redaktorlar Birliyi iyunun 29-da mətbuatın problemlərini müzakirə etmək üçün forum keçirmək qərarına gəlib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, hazırda foruma hazırlıq gedir. Toplantıda mətbuatın vəziyyəti, həbsdə olan jurnalistlərin azad edilməsi istiqamətində görüləcək işlər, nəşrini dayandırmış qəzetlərin fəaliyyətini bərpa etməsi yolları və digər məsələlər müzakirə olunacaq. Yeni Azərbaycan Partiyasının iyunun 21-də təşkil etdiyi konfransdan sonra mətbuatın durumu və konfransın nəticələri barədə də fikir mübadiləsi aparılacaq. Ş. Çobanoğlu foruma hakimiyyət nümayəndələrinin də dəvət edilməsinin nəzərdə tutulduğunu deyib. O, digər detalların Redaktorlar Birliyinin bu gün keçiriləcək iclasında müəyyənləşəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR