Nüfuzlu amerikalı jurnalist Debra Potter Bakıda jurnalistlər üçün seminar keçəcək

Nüfuzlu amerikalı jurnalist Debra Potter Bakıda jurnalistlər üçün seminar keçəcək
# 27 iyun 2007 10:04 (UTC +04:00)
ABŞ-ın nüfuzlu jurnalistlərindən Debra Potter iyulun 9-da Bakıya gələcək. BU barədə APA-ya ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Dmitri Tarxovski məlumat verib. Onun sözlərinə görə, jurnalistin ölkəmizə səfəri iyulun 14-nə kimi davam edəcək. Debra Potter səfər çərçivəsində jurnalistlər üçün seminarlar təşkil edəcək, Azərbaycan Dillər Universitetində açılan Amerika Mərkəzində görüşlər keçirəcək. Tarxovskinin sözlərinə görə, “Müstəqil jurnalistikanın stolüstü kitabı” əsərinin müəllifi olan Debra Potter hazırda News lab onlayn resursunun icraçı direktoru vəzifəsində çalışır. O, bundan əvvəl CBS, CNN və digər telekanallarda çalışıb, Ağ Ev, ABŞ Konqresi, ABŞ Dövlət Departamenti ilə aktiv əməkdaşlıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR