Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı aclıq aksiyasını dayandırıb

“Müxalifət” qəzetinin  həbsdə olan baş redaktoru və əməkdaşı aclıq aksiyasını dayandırıb
# 27 iyun 2007 11:11 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ötən həftə başladıqları aclıq aksiyasını dayandırıblar. Onların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Vaqif Hacıbəylinin APA-ya verdiyi məlumata görə, jurnalistlər Yasamal rayon məhkəməsinin çıxardığı hökmdən verilən apelyasiya şikayəti üzrə iyunun 29-da keçiriləcək məhkəmənin müsbət qərar çıxaracağına inanırlar: “Ümid edirik ki, məhkəmənin qərarı nəticəsində jurnalistlər azadlığa çıxacaq”.
Bir qədər əvvəl Müdafiə Komitəsinin R. Kəbirli və Y. Ağazadənin barəsində xüsusi ittiham qaydasında iddia qaldıran akademik, millət vəkili Cəlal Əliyevə müraciət etdiyini xatırladan V. Hacıbəyli hesab edir ki, bunun nəticəsi olacaq.
“Müxalifət” qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, qəzetin sabah nəşr olunacaq sayında C. Əliyevin məlum iddianı qaldırmasına səbəb olan ““AMAY” Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıda yer alan fotokollajla bağlı qarşı tərəfdən üzr istəniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR