Bank Of Baku

BDU-nun professor-müəllim heyəti ilə “Alternativ” qəzetinin məhkəmə prosesi yenə təxirə salınıb

BDU-nun professor-müəllim heyəti ilə “Alternativ” qəzetinin məhkəmə prosesi yenə təxirə salınıb
# 27 iyun 2007 12:21 (UTC +04:00)
Bakı Dövlət Universitetinin bir qrup professor-müəllim heyətinin “Alternativ” qəzetinə qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə bu günə təyin olunan məhkəmə prosesi yenə təxirə salınıb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb qarşı tərəfin prosesə qatılmaması olub. Məhkəmə bu halın ikinci dəfə təkrarlandığını nəzərə alaraq cavabdeh tərəfin iyulun 5-nə təyin olunan prosesə məcburi şəkildə gətirilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, “Alternativ” qəzetində dərc edilən “Abel Məhərrəmov BDU-nu “Abelsayağı” idarə edir?” sərlövhəli silsilə yazılarda rektor Abel Məhərrəmovun, universitet əməkdaşlarının şərəf-ləyaqətinin alçaldılmasını əsas gətirən BDU-nun professor-müəllim heyəti məhkəmədən qəzetin baş redaktoru Mikayıl Kərimovun cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarmağı xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR