Bank Of Baku

Jurnalistlərin iyunun 29-na təyin etdikləri forumun vaxtı dəyişdirilib

Jurnalistlərin iyunun 29-na təyin etdikləri forumun vaxtı dəyişdirilib
# 27 iyun 2007 15:45 (UTC +04:00)
Jurnalistlərin iyunun 29-na təyin etdikləri forumun vaxtı dəyişdirilib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu APA-ya açıqlamasında Redaktorlar Birliyinin bu gün keçirdiyi toplantıda müvafiq qərarın qəbul olunduğunu bildirib. Jurnalistlər iyunun 29-da mətbuatın problemləri ilə bağlı dəyirmi masa keçirmək qərarı veriblər. Forumun vaxtının dəyişdirilməsinə səbəb isə bu tədbiri daha genişmiqyaslı keçirmək, xarici ölkələrin tanınmış KİV orqanlarının nümayəndələrinin, diplomatik korpusun və hökumət nümayəndələrinin iştirakının təmin edilməsi olub. Ş.Çobanoğlu forumun iyulda keçiriləcəyini bildirib. Jurnalistlərin kütləvi aksiyalarla bağlı qərarına gəldikdə, Ş. Çobanoğlu bu barədə konkret mövqenin olmadığını deyib: “İclasda ən müxtəlif təkliflər irəli sürüldü və bir sıra məsələlərdə fikir ayrılıqları da oldu. Buna görə də hələlik kütləvi aksiyalar keçirmək nəzərdə tutulmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR