Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı yenidən aclığa başlayıb

“Müxalifət” qəzetinin  həbsdə olan baş redaktoru və əməkdaşı yenidən aclığa başlayıb
# 27 iyun 2007 16:43 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə yenidən aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya “Müxalifət” qəzetinin redaksiyasından bildirilib. Məlumata görə, onlar ötən həftə başladıqları aclıq aksiyasını bir neçə gün əvvəl yaxınlarının xahişi ilə dayandırsalar da, yenidən aclığa başlayıblar. Jurnalistlərin vəkili, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı da APA-ya açıqlamasında deyib ki, onda olan məlumata görə, müdafiə etdiyi şəxslər aclığı davam etdirirlər. Vəkil deyib ki, aksiyaçılar tələblərini Avropa Şurası Parlament Assambleyasına ünvanladıqlarından çox güman ki, aclıq qurumun sessiyası başa çatana qədər davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR