Bank Of Baku

“Bakı-Xəbər” qəzeti öz nəşrini bərpa etdikdən sonra siyasi kursunda dəyişiklik edəcək

“Bakı-Xəbər” qəzeti öz nəşrini bərpa etdikdən sonra siyasi kursunda dəyişiklik edəcək
# 28 iyun 2007 13:36 (UTC +04:00)
“Bakı-Xəbər” qəzeti öz nəşrini bərpa etdikdən sonra siyasi kursunda dəyişiklik edəcək. Qəzetin baş redaktoru Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, məsələ ilə bağlı qəzet kollektivinin iclası keçirilib və müəyyən qərarlar qəbul olunub. Demokratik cəmiyyətin inkişafı ilə bağlı qəzetin əvvəlki mövqeyini saxlayacağını deyən A. Quliyev bununla bərabər qəzetin müstəqilliyini artırılmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb: “Hətta müstəqilliyi o həddə qədər artırmaq istəyirik ki, ölkədə mövcud olan bütün siyasi qüvvələrlə eyni məsafə saxlayaq. Hansısa bir siyasi kursun tərəfdarı və yaxud əleyhdarı kimi qəzetin adının hallanmasına imkan verməyəcəyik”. Hakimiyyətə qarşı münasibətin necə olacağına gəldikdə, A. Quliyev bildirib ki, bu mövqe də əvvəlkindən fərqlənəcək: “Qəzetin müstəqilliyinin artırılması yeni mərhələ olacaq. Ölkədəki bütün siyasi qüvvələrlə necə olacaqsa, hakimiyyətə də münasibətimiz eyni səviyyədə olacaq. Bu qərarımız bütün partiyalar üçün bərabərdir”.
“Bakı-Xəbər”in eks-spiker Rəsul Quliyevin təbliğatını davam etdirib-etdirməyəcəyi ilə bağlı suala gəldikdə, A. Quliyev qəzetin təbliğat siyasətində də dəyişikliyin olacağını deyib: “Qəzet bərpa olunacaqsa, biz daha çox informasiya daşıyıcısı funksiyasını yerinə yetirəcəyik. Qəzetin təbliğat tribunası funksiyasını azaltmaq niyyətindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR