Bank Of Baku

Gənc jurnalistlərin VI respublika müsabiqəsi keçiriləcək

Gənc jurnalistlərin VI respublika müsabiqəsi keçiriləcək
# 28 iyun 2007 14:43 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc jurnalistlərin VI respublika müsabiqəsi keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin yaradıcı və istedadlı gənclərlə iş, asudə vaxtın təşkili sektorunun müdiri Namiq Cəfərov məlumat verib. Məlumata görə, müsabiqənin ilkin mərhələsi artıq başa çatıb. 100-dən çox jurnalist müsabiqəyə yazılarını təqdim edib. Jurnalistlər daha çox gənclərin sosial problemləri, elm və təhsil, regionların sosial-iqtisadi inkişafı məsələlərinə yer ayırıblar. Ümumilikdə 9 nominasiya üzrə keçirilən müsabiqənin yekun mərhələsi 22 iyul Milli Mətbuat Günündə qeyd olunacaq. Hər nominasiya üzrə I yer seçiləcək. Qaliblərə pul mükafatı veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR