Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib
# 29 iyun 2007 09:40 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin azadlıqdan məhrum edilməsi barədə Yasamal Rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə hakim Mirpaşa Hüseynovun sədrliyi hazırlıq iclası prosesi keçirilib. APA-nın xəbərinə görə, proses başlayan kimi vəkil, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı məhkəmə baxışı keçirilənə qədər jurnalistlərin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. O, bunu R. Kəbirli və Y. Ağazadənin həddindən artıq dar, çoxadamlıq kamerada saxlanması ilə əlaqələndirib, bunu insan ləyaqətinin alçaldılması kimi qiymətləndirib. Vəkil deyib ki, həbs-qətimkan tədbiri dəyişdirilərsə, jurnalistlər istənilən zaman məhkəməyə ifadə verməyə gələ bilərlər. Jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması iddiası ilə çıxış edən akademik, millət vəkili Cəlal Əliyevin vəkili İkram Şirinov isə vəsatətlə razılaşmadığını bildirib. O, cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin insan ləyaqətini alçaldan şərait olması barədə deyilənlərə etiraz edərək deyib ki, məhbuslar arasında ayrı-seçkilik qoymaq düzgün deyil. R. Kəbirlinin digər vəkili Aslan İsmayılov R. Hacılının qeyd edilən fikirlərini geri götürsə də, iddiaçı tərəf həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlə razılaşmayıb. Məhkəmə baxışı iyulun 4-nə təyin olunub.
Qeyd edək ki, hazırda 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR