Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı aclıq aksiyasını dayandırıb

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı aclıq aksiyasını dayandırıb
# 29 iyun 2007 11:55 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə aclıq aksiyasını dayandırıblar. Bu barədə APA-ya “Müxalifət” qəzetinin redaksiyasından bildirilib. Qeyd edək ki, jurnalistlər aksiyaya başlamaq barədə bəyanatlarında aclığın Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında iştirakına şərait yaradılmasına etiraz etdiklərini bildirmişdilər. Xatırladaq ki, 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR