Bank Of Baku

Medianın problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib

Medianın problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib
# 29 iyun 2007 16:32 (UTC +04:00)
Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil etdiyi qurumun müstəqil mətbuatın yaranması və medianın iqtisadi asılılıqdan qurtarması istiqamətində görülən işlərdən və təklif olunan tədbirlər planından danışıb.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə jurnalistlər, Milli Məclisin deputatları və hökumət nümayəndələrinin iştirakı ilə komissiya yaradılması, həmçinin iqtisadi təkliflər, güzəştlər, mediaya reklam verilməsi ilə bağlı təkliflərini səsləndirib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə jurnalistlərin problemlərin həllində həmrəylik nümayiş etdirə bilməmələrindən narahatlığını ifadə edib: “ Biz birgə jurnalistlərin əfv olunması istiqamətində müəyyən addımlar atılmasına nail olmalıyıq. Müzakirələr bu şəkildə davam etdirilərsə, iyulun 22-ə qədər nə isə əldə etmək olacaq”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Diffamasiya haqqında” qanunun qəbulunu tezləşdirilməsinin və sentyabrda jurnalistlərin forumunun keçirilməsini təklif edib.
“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu isə problemin kökündə duran məsələlər barədə müzakirələrin aparılmasını vacib hesab edib. O, qəzetlərin satışının monitorinqinin aparılmalı olduğunu, mətbuat orqanları arasında fərq müəyyən edilməsinin vacibliyin i vurğulayıb. Ş. Çobanoğlu “Gündəlik Azərbaycan” qəzetinin təsisçisi Eynulla Fətullayevin həbs olunmasına da toxunub və hazırda həbsdə olan jurnalistlərin azad edilməsi üçün müvafiq tədbirlərin görülməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə yaranmış problemlərin həm də mətbuatın özündə olduğunu söyləyib. O, bəzi mətbuat vasitələrinin təhqiramiz məqalələr yazdıqlarını, bu yazıların insanları narahat etdiyini söyləyib: “Həbsdə olan jurnalistlər öz günahlarını dərk etməlidirlər. Jurnalistlərin əfv olunması məsələsi ilə prezidentin səlahiyyətindədir. Bu məsələ ilə bağlı öncədən bir söz demək mümkünsüzdür”. O, mənasız ittihamlarla problemlərin həll olunmadığını da söyləyib.
Müzakirələrin sonunda Azərbaycan jurnalistləri adından müraciət qəbul edilib. Müraciətdə jurnalistlərin həbsdən azad olunması, qəzetlərə qarşı cərimə sanksiyalarına məhkəmə qaydasında yenidən baxılması, mətbuatın fəaliyyəti ilə bağlı bütün mübahisəli məsələlərə Mətbuat Şurasında baxılması və digər məsələlər təklif edilib. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR