Jurnalistlər hakim Yusif Kərimovdan Səbayel Rayon Məhkəməsinə şikayət ediblər

Jurnalistlər hakim Yusif Kərimovdan Səbayel Rayon Məhkəməsinə şikayət ediblər
# 02 iyul 2007 10:10 (UTC +04:00)
Jurnalistlər hakim Yusif Kərimovla bağlı Səbayel Rayon Məhkəməsinə şikayət edib. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının APA-ya verdiyi məlumata görə, şikayətə səbəb hakimin əsassız olaraq Bakı Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə bağlı qaldırılmış iddianı geri qaytarmasıdır. R. Hacılı iddianın geri qaytarılması üçün heç bir hüquqi əsas olmayıb: “İddia geri qaytarılan zaman göstərilib ki, guya hansısa sənədlər iddia ərizəsinə əlavə olunmalı imiş. Amma bu sənədlərin heç biri prosedurda nəzərdə tutulmayıb”. R. Hacılı şikayətin təmin olunmayacağı halda, məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Qeyd edək ki, jurnalistlərin məhkəməyə təqdim etdiyi ərizədə Bakı ŞİH-in sərbəst toplaşmaq azadlığını pozduğunu iddia edilib və şəhər rəhbərliyinin jurnalistlərin aksiyalarının yerini dəyişdirilməsi ilə bağlı qərarının ləğvi tələb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR