Bank Of Baku

İki Avropa ölkəsi xarici dövlətlərdən sığınacaq istəyən jurnalistlərə müsbət cavab verib

İki Avropa ölkəsi xarici dövlətlərdən sığınacaq istəyən jurnalistlərə müsbət cavab verib
# 02 iyul 2007 13:02 (UTC +04:00)
Bir qədər əvvəl nəşrini dayandıran “Gündəlik Azərbaycan” qəzetinin və digər mətbuat orqanlarının xarici ölkələrdən sığınacaq istəyən əməkdaşlarına iki Avropa ölkəsindən müsbət cavab verilib. Bu barədə APA-ya sığınacaq istəyən mətbuat nümayəndələrindən biri, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov məlumat verib. Hələlik həmin ölkələrin adlarını səfirliklərin xahişi ilə açıqlamadıqlarını bildirən redaktor deyib ki, diplomatik nümayəndəliklər bu məsələdə dəqiqləşdirmə aparılmasını istəyiblər: “Səfirliklər mənə müraciət edib, mühacirət fikrində qəti olan jurnalistlərin adlarını istəyiblər. Biz də hazırda bu işlə məşğuluq”. Ü. Cəfərov deyib ki, sığınacaqla bağlı ilk müraciət edənlərdən olsa da, ən sonda mühacirətə gedən o olacaq.
Qeyd edək ki, xarici ölkələrdən sığınacaq istəyən jurnalistlərdən 20-si “Gündəlik Azərbaycan”, 3-ü “Azadlıq”, 1-i “Bakı-Xəbər”, 1-i isə “Yüksəliş Naminə” qəzetlərinin əməkdaşlarıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR