Eynulla Fətullayev barəsindəki məhkəmə hökmündən kasasiya şikayəti sabah Ali Məhkəməyə təqdim olunacaq
02 iyul 2007 14:08 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsindəki məhkəmə hökmündən veriləcək kasasiya şikayəti üzrə sənədlər tam hazırdır və sabah Ali Məhkəməyə təqdim olunacaq. Bu barədə APA-ya E.Fətullayevin vəkili İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, kasasiya şikayətində E. Fətullayevin barəsində olan cinayət işinə xitam verilməsi xahiş olunub. Qeyd edək ki, E. Fətullayev 5 Xocalı sakininin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. /APA/
Media
Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
12:02
8 sentyabr 2024
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
15:39
3 sentyabr 2024
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
17:06
1 sentyabr 2024
Baş Prokurorluq media subyektlərinə müraciət edib
15:07
28 avqust 2024