Bank Of Baku

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun ayırdığı maddi yardımdan imtina ediblər

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun ayırdığı maddi yardımdan imtina ediblər
# 02 iyul 2007 16:07 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin bütün əməkdaşları Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun təzyiqlə üzləşən, həbsdə olan və iş yerlərini itirən jurnalistlərə ayırdığı maddi yardımdan imtina ediblər. Bu barədə APA-ya qəzetin əməkdaşları məlumat verib. Redaksiya əməkdaşları qəzet olaraq yox, ayrı-ayrı əməkdaşlar fonda müraciət edərək yardım istəyiblər. Qəzet üçün ümumilikdə 1000 dollar pulun ayrıldığını deyən əməkdaşlar hər işçiyə 30 dollar pulun düşdüyünü bildirib: “Əslində isə bu məbləğ hər jurnalist üçün 200 dollar olmalı idi. Biz fondun bu cür seçimindən inciməsək də, həmin məbləği götürməkdən imtina edirik. Bu, bütün kollektivin qərarıdır”. Qeyd edək ki, sözügedən fond həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin, “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun, “Sənət qəzeti”nin əməkdaşı Rafiq Tağının ailəsinə 350, “Müxalifət” qəzetinin şöbə müdiri Yaşar Ağazadənin ailəsinə isə 250 dollar verilməsi barədə qərar qəbul edib. Peşə borcunu yerinə yetirərkən xəsarət alan “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynlinin, Nicat Dağların, “Yeni Müsavat” qəzetinin əməkdaşı Etibar Seyidağanın hər birinə 100, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərova isə 150 dollar verilməsi nəzərdə tutulub. Fəaliyyətini dayandıran “Realnıy Azerbaydjan” qəzetinin əməkdaşı Çingiz Sultansoya 100, “Gündəlik Azərbaycan” qəzetinin işlə təmin olunmayan əməkdaşlarına birdəfəlik 1000 dollar həcmində yardım edilməsi qərara alınıb. 10 min dollar həcmində maliyyə vəsaiti Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən ayrılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR