Azərbaycan Gənclər Platforması həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə piket keçirəcək

Azərbaycan Gənclər Platforması həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə piket keçirəcək
# 03 iyul 2007 12:18 (UTC +04:00)
Azərbaycan Gənclər Platforması həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə iyulun 10-da “Sabir bağı”nda piket keçirmək qərarı verib. Qurumdan APA-ya daxil olan məlumata görə, aksiya ilə bağlı gənclər bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Aksiyada jurnalistlərin azadlığı tələbi ilə bərabər mətbuata qarşı təzyiqlərin dayandırılması, mətbuat azadlığının bərpa olunması tələbləri də irəli sürüləcək. Aksiyada 50 nəfərin iştirakı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR