Bank Of Baku

Eynullaya Fətullayevin barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti təqdim olunub

Eynullaya Fətullayevin barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti təqdim olunub
# 03 iyul 2007 13:36 (UTC +04:00)
““Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru və təsisçisi Eynullaya Fətullayevin barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti təqdim olunub. Bu barədə APA-ya E. Fətullayevin vəkili İsaxan Aşurov məlumat verib. Vəkil İ. Aşurov bildirib ki, kasasiya şikayətində E. Fətullayevin barəsində olan cinayət işinə xitam verilməsi xahiş olunub.
Qeyd edək ki, E. Fətullayev 5 Xocalı sakininin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR