Bank Of Baku

Mübariz Mənsimov Türkiyədə telekanal açır

Mübariz Mənsimov Türkiyədə telekanal açır
# 03 iyul 2007 15:19 (UTC +04:00)
Radiokanalda türk pop-musiqisi ilə yanaşı, Azərbaycan müsiqisi də səsləndiriləcək “Palmali” Şirkətlər Qrupuna aid “PalMedia” şirkəti Türkiyədə 99.2 tezlikdə yayımlanan yeni Pal FM radiosunu açıb. APA-nın ANS-PRESS portalına istinadən verdiyi məlumata görə, dünəndən etibarən kanal test yayınlarına başlayıb. “PalMedia” şirkətinin baş direktoru İbrahim Nəbioğlu bildirib ki, radio yalnız İstanbulda deyil, əhalisi sıx olan Mərmərə regionunda - İzmit, Bursa, Bolu, Balkəsir, Ədirnə və Çanaqqala vilayətlərində də yayılacaq. Yeni radiokanalda türk pop-musiqisi ilə yanaşı, Azərbaycan musiqisi də səsləndiriləcək. Şirkət rəqəmsal avadanlıq və yeni nəsil texnologiya əldə edib.
İlin sonuna qədər “Palmali” Şirkətlər Qrupunun PAL TV kanalının da açılması üçün hazırlıq işlərinin başa çatdırılacaq, həmçinin daha bir radiokanal açılacaq.
Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupu azərbaycanlı iş adamı Mübaiz Mənsimova məxsusdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR