Bank Of Baku

Jurnalistlərin piketləri mətbuatın durumu ilə bağlı keçiriləcək forumdan sonra bərpa oluna bilər

Jurnalistlərin piketləri mətbuatın durumu ilə bağlı keçiriləcək forumdan sonra bərpa oluna bilər
# 03 iyul 2007 16:01 (UTC +04:00)
Jurnalistlər kütləvi aksiyaları mətbuatın durumu ilə bağlı keçiriləcək forumdan sonra bərpa edə bilərlər. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, hazırda forumun keçirilməsi ilə bağlı hazırlıq işləri gedir. Bu tədbirin Milli Mətbuat Günü ərəfəsində keçirilməsinin planlaşdırıldığını deyən Ş. Çobanoğlu forumun nəticəsindən asılı olaraq piketlərin bərpa olunmasını da mümkün sayıb: “Bizim konkret tələblərimiz var və bu tələblər yerinə yetirilərsə, hər hansı kütləvi aksiyaya da ehtiyac olmayacaq”. Hazırda isə bir sıra qəzetlərin baş redaktorlarının xaricdə olduğunu deyən Ş. Çobanoğlu buna görə də atılacaq addımlarla bağlı müzakirələr aparılmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR