“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu MTN-də ifadə verib

“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu MTN-də ifadə verib
# 04 iyul 2007 10:12 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən bu il mayın 16-da Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə bağlı bu gün şahid qismində ifadə verib. Ş. Çobanoğlu APA-ya açıqlamasında bildirib ki, MTN-də ona “Gündəlik Azərbaycan” qəzetinin fəaliyyəti, bu mətbuat orqanı ilə “Realnıy Azerbaydjan” qəzetinin arasındakı əlaqələr barədə suallar ünvanlanıb.
Xatırladaq ki, başladılan cinayət işi üzrə indiyə qədər “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevdən başqa, mətbuat orqanlarının bir sıra əməkdaşları, o cümlədən Çingiz Sultansoy və Rauf Kərimov şahid qismində ifadə veriblər. Bu gün “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov da şahid qismində ifadə vermək üçün MTN-ə çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR