Eynulla Fətullayevə daha iki maddə üzrə ittiham elan edilib

Eynulla Fətullayevə daha iki maddə üzrə ittiham elan edilib
# 04 iyul 2007 11:56 (UTC +04:00)
Eynulla Fətullayevin vəkili İsaxan Aşurovun APA-ya verdiyi məlumata görə, dünən E. Fətullayev Səbayel Rayon Məhkəməsinə aparılıb və yeni cinayət işi ilə bağlı ona ittiham elan olunub.
Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirildiyindən məlumatla bağlı heç bir şərh verilmir.
Qeyd edək ki, Eynulla Fətullayev indiyə qədər MTN-in İstintaq Baş İdarəsi tərəfindən bu il mayın 16-da Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə bağlı iki dəfə şahid qismində dindirilib. Həmin cinayət işi ilə bağlı mayın 22-də E. Fətullayevin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin redaksiyasında yerləşən ofisində və evində MTN-in İstintaq Baş İdarəsi tərəfindən axtarış aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR