Bank Of Baku

Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı prezidentə müraciət edəcək

Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı prezidentə müraciət edəcək
# 04 iyul 2007 15:16 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında MŞ-nın sədri Əflatun Amaşov bildirib. Şura sədri Milli Mətbuatın 132 illiyi ərəfəsində dövlət başçısına göndəriləcək müraciətdə bir sıra təkliflərin yer alacağını deyib. Onun sözlərinə görə, qurumun İdarə Heyətinin yaxın günlərdə keçiriləcək toplantısında müraciətlə bağlı məsələ müzakirə edilərək, yekun qərar qəbul ediləcək. Müraciətdə mətbuatın iqtisadi durumumun yaxşılaşdırılması üçün reklam bazarının inkişaf etdirilməsinə dövlət tərəfindən yardım istəniləcək. Bundan başqa, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, Milli Mətbuatın 132 illiyi ilə bağlı bəzi mətbuat təmsilçilərinə fəxri adların verilməsi və digər məsələlər də təklilər sırasında olacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR