Bank Of Baku

“Gündəlik Azərbaycan” qəzetinin daha iki redaktoru MTN-də ifadə verib

“Gündəlik Azərbaycan” qəzetinin daha iki redaktoru MTN-də ifadə verib
# 04 iyul 2007 15:21 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin redaktorları Üzeyir Cəfərov və Xalid Kazımlı bu gün Milli Təhlükəsizlik Nazirliyində bu qəzetin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə elan edilən ittihamla bağlı şahid qismində ifadə veriblər. Ü. Cəfərov APA-ya açıqlamasında bildirib ki, MTN-nin müstəntiqi Samir Əliyev və istintaq qrupunun rəhbəri Sərdar Carçıyev ona qəzetin maliyyə mənbələri, Eynulla Fətullayev barəsində suallar ünvanlayıb. Ü. Cəfərov deyib ki, o, istintaq qrupunun rəhbərindən redaksiyanın MTN əməkdaşları tərəfindən götürülən əmlakı barədə məlumat almaq istəyib: “Sərdar Carçıyev dedi ki, artıq redaksiyadan götürülən kompüterlərlə bağlı araşdırma yekunlaşmaq üzrədir, avadanlıqlar geri qaytarılacaq”.
Xalid Kazımlı da APA-ya bildirib ki, ona MTN-də qəzetin fəaliyyəti, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetləri arasında əlaqə, əməkdaşların maaşları barədə suallar ünvanlanıb.
Qeyd edək ki, bu gün səhər “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu da MTN-də ifadə verib. Başladılan cinayət işi üzrə indiyə qədər “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevdən başqa, mətbuat orqanlarının bir sıra əməkdaşları, o cümlədən Çingiz Sultansoy və Rauf Kərimov şahid qismində ifadə veriblər. “Gündəlik Azərbaycan” qəzetindən APA-ya bildirilib ki, redaksiyaların bir sıra əməkdaşları da MTN-ə ifadə vermək üçün dəvət olunublar. Onlar sabah və birisi gün ifadə verəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR