Bank Of Baku

“Yüksəliş naminə” qəzetinin baş redaktoru və müxbiri Sumqayıt şəhər Prokurorluğuna çağırılıblar

“Yüksəliş naminə” qəzetinin baş redaktoru və müxbiri Sumqayıt şəhər Prokurorluğuna çağırılıblar
# 05 iyul 2007 15:10 (UTC +04:00)
Bu gün Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd və müxbiri Elçin Həsənov Sumqayıt şəhər Prokurorluğuna çağırılıblar. Bu barədə APA-ya məlumat verən E. Məmməd bildirib ki, prokurorluğa çağırılmalarına səbəb onların Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbərliyindən Milli Təhlükəsizlik Nazirliyinə şikayəti etmələri olub. Şəhər prokurorunun köməkçisi Səmayə Seyfullayeva jurnalistlərdən iyunun 22-də SDU-da baş verən hadisə ilə əlaqədar izahat alıb. Jurnalistlər izahatda bildiriblər ki, SDU-də təhsil alan bir qrup tələbənin adı çəkilən universitetdə rüşvətxorluq, korrupsiya və özbaşınalıq halları ilə bağlı redaksiyaya şikayət məktubu daxil olub və rəhbərliyin məsələyə münasibətini öyrənmək üçün E. Həsənov həmin gün ali məktəbə gedib. Orada məktəb rəhbərliyi ilə jurnalist arasında mübahisə olub, nəticədə baş redaktor və müxbir Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinə aparılıblar. E. Məmməd SDU-nun rəhbərliyinin fəaliyyətinin araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Nazirlik isə jurnalistlərə təzyiq faktlarını araşdırmaq üçün prokurorluğa sorğu göndərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR