Bank Of Baku

Əflatun Amaşov: “Əfv olunmasını xahiş edəcəyimiz jurnalistlərin siyahısına kimlərin adını salınması İdarə Heyətinin iclasında müzakirə olunacaq”

Əflatun Amaşov: “Əfv olunmasını xahiş edəcəyimiz jurnalistlərin siyahısına kimlərin adını salınması İdarə Heyətinin iclasında müzakirə olunacaq”
# 06 iyul 2007 14:40 (UTC +04:00)
“Mətbuat Şurası ölkə prezidentinə həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət göndərməyə hazırlaşır. Əfvlə bağlı göndəriləcək siyahıya kimlərin adının daxil ediləcəyi qurumun İdarə Heyətini yaxın günlərdə keçiriləcək toplantısında müəyyənləşəcək”. Bu açıqlamanı APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. Onun sözlərinə görə, 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən üç məhkum Məhəmmədəli Qəribov, Nizami Hacıyev və Bayram Əliyev quruma müraciət edərək peşə fəaliyyətinə görə həbs olunduqlarını, adlarının media təmsilçilərinin əfvi ilə bağlı hazırlanacaq siyahıya salınmasını xahiş ediblər: “Onlar buna əməl olunmayacağı təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaqlarını bildirib və mənimlə görüşmək istədiklərini bildiriblər. Adları çəkilən şəxslərdən yalnız Məhəmmədəli Qəribovun valideynləri əvvəllər də Mətbuat Şurasına əfvlə bağlı müraciət edib. Biz də bu məsələ ilə əlaqədar əvvəllər aidiyyəti üzrə instansiyalara müraciət etmişik. Digər iki nəfər barədə isə Mətbuat Şurasında məlumat yoxdur. Həbsdə olan jurnalistlərlə görüşləri isə Mətbuat Şurası vaxtaşırı gündəmə gətirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR