Mətbuat Şurası Şuşaya gedən ziyalılara qarşı aparılan kampaniya ilə bağlı açıqlama yayıb

Mətbuat Şurası Şuşaya gedən ziyalılara qarşı aparılan kampaniya ilə bağlı açıqlama yayıb
# 06 iyul 2007 15:20 (UTC +04:00)
Mətbuat Şurası bir qrup Azərbaycan ziyalısının Dağlıq Qarabağa və Ermənistana bu günlərdə baş tutan səfərləri ilə bağlı səslənən təhqirlərdən narahatdır. Şuradan APA-ya verilən məlumata görə, bununla bağlı Şura adından yayılan açıqlamada bildirilir ki, bu səfərlə bağlı baxışların rəngarəngliyi anlaşılandır, ancaq Mətbuat Şurasını narahat edən bəzi fikirlərin təqdimatında etik prinsiplərə sayğısızlıq göstərilməsidir: “Xüsusilə bir sıra aparıcı qəzetlərdə və internet səhifələrində səfər iştirakçıları ilə bağlı təhqiramiz fikirlərə, ifrat ifadələrə geniş yer verilməsi professional yaradıcılığın geniş imkanları baxımından qəbuledilməzdir. Mətbuat Şurası mediada fikir və mövqelərin təqdimatı üçün daim müvafiq imkanlar olduğunu vurğulayaraq, KİV-lərə və media təmsilçilərimizə bu tələbləri əsas götürməyi tövsiyə edir. Dağlıq Qarabağ problemi qlobal məsələdir dünya ictimaiyyətini qayğılandırır, məhz bu baxımdan ziyalılarımızın məlum səfərinə ölkə hüquqlarından da kənarda diqqət yetirilməsi, təhlillər aparılması təbiidir. Unutmayaq ki, onların torpaqlarımızın qaytarılmasına nə dərəcədə aktiv yardım etmələri bizim məsələyə ümumi baxışlarımızdan da asılı olacaq”. Bu məsələ Mətbuat Şurası İdarə Heyətinin növbəti toplantısında müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR