Bank Of Baku

“Gündəlik Azərbaycan”nın şef redaktoru Şahvələd Çobanoğlu və qəzetin üç əməkdaşı bu gün MTN-də dindirilib

“Gündəlik Azərbaycan”nın şef redaktoru Şahvələd Çobanoğlu və qəzetin üç əməkdaşı bu gün MTN-də dindirilib
# 06 iyul 2007 15:50 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bu gün yenidən Milli Təhlükəsizlik Nazirliyində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə irəli sürülən ittihamla bağlı şahid qismində dindirilib. Ş. Çobanoğlu APA-ya bildirib ki, o, bu dəfə əvvəlki dindirmədə verilən sualların bəzi məqamları barədə ifadə vermək üçün MTN-nə çağırılıb. Şef-redaktor deyib ki, bu gün həmçinin qəzetin əməkdaşları Seymur Baycan, Ülviyyə Sabirqızı və Taleh Bağırov da MTN-də ifadə veriblər. Sabah isə qəzetin redaktoru Səlim Əzizoşlu ifadə verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR