Bank Of Baku

“Gündəlik Azərbaycan” qəzetinin daha iki əməkdaşı bu gün MTN-də ifadə verib

“Gündəlik Azərbaycan” qəzetinin daha iki əməkdaşı bu gün MTN-də ifadə verib
# 07 iyul 2007 11:13 (UTC +04:00)
Bu gün “Gündəlik Azərbaycan” qəzetinin daha iki əməkdaşı redaktor Səlim Əzizoğlu və köşə yazarı Hüseynbala Səlimov Milli Təhlükəsizlik Nazirliyində Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı irəli sürülən ittihamla bağlı şahid qismində ifadə veriblər. Səlim Əzizoğlu APA-ya açıqlamasında bildirib ki, ona Eynulla Fətullayevin kompüteri, baş redaktorun hansı təxəllüslərlə yazması, qəzetin fəaliyyəti, aldığı maaş barədə suallar verilib. Hüseynbala Səlimov da APA-ya bildirib ki, o, qəzetin fəaliyyəti və maliyyə mənbələri barədə verilən sualları cavablandırıb.
Xatırladaq ki, “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu da daxil olmaqla hər iki mətbuat orqanının əksər əməkdaşları indiyə qədər MTN-də şahid qismində dindiriliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR