Bank Of Baku

Üç məhkum jurnalistin iyulun 4-dən başladığı aclıq aksiyası davam edir

Üç məhkum jurnalistin iyulun 4-dən başladığı aclıq aksiyası davam edir
# 07 iyul 2007 11:14 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan üç məhkum jurnalist “Lider-Media” qəzetinin baş redaktoru Məmmədəli Qəribli, qəzetin əməkdaşı Nizami Hacıyev, “Aqara” Jurnalist Araşdırmalar Mərkəzinin əməkdaşı Səbuhi Bayramın iyulun 4-dən başladıqları aclıq aksiyası davam edir. Bu barədə APA-ya Məmmədəli Qəriblinin qardaşı Ramin Qəribli məlumat verib. R. Qəribli bildirib ki, indiyədək onların tələblərinə müsbət reaksiya verilməyib. Penitensiar Xidmətdən jurnalistlərin aclıq elan etməsi faktı təsdiqlənib. Xidmətdən APA-ya bildirilib ki, hər üç məhkum həkim nəzarətindədir: “Məhkumların saxlanma şəraitindən heç bir şikayəti yoxdur”. Qeyd edək ki, jurnalistlər saxlanma şəraitindən və Cəzaçəkmə Müəssisəsinin əməkdaşlarından narazı deyil. Onların tələbləri Ombudsman və Mətbuat Şurasının sədri ilə görüşməkdən ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR