Bank Of Baku

Azərbaycanın bir sıra media qurumlarının rəhbərləri ABŞ-da səfərdədir

Azərbaycanın bir sıra media qurumlarının rəhbərləri ABŞ-da səfərdədir
# 09 iyul 2007 07:45 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin mübadilə proqramı çərçivəsində keçirilən səfər çərçivəsində nümayəndə heyəti Vaşinqton, Nyu-York, Hyuston şəhərlərində yerləşən kütləvi informasiya vasitələrinin mərkəzi ofislərində olacaq, burada təcrübə mübadiləsi aparacaq, ABŞ media qurumlarının iş prinsipləri ilə tanış olacaqlar. Səfərin rəsmi hissəsi bu gün ABŞ Dövlət Departamentində keçiriləcək görüşlərlə başlayacaq. Görüşlərdə Azərbaycanda medianın medianın vəziyyəti, ABŞ mediasının iş prinsipləri müzakirə olunacaq. Qeyd edək ki, səfərdə iştirak edən Azərbaycan nümayəndə heyətinə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Day.az” internet portalının baş redaktoru Elnur Baimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu və “Yeni Zaman” qzəetinin baş redaktoru Şakir Habiloğlu daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR