Bank Of Baku

Məşhur amerikalı jurnalist Debora Totter Azərbaycana səfərə gəlib

Məşhur amerikalı jurnalist Debora Totter Azərbaycana səfərə gəlib
# 09 iyul 2007 12:54 (UTC +04:00)
Məşhur amerikalı jurnalist Debora Totter Azərbaycana səfərə gəlib. APA-nın məlumatına görə, 20 ildən artıq jurnalist təcrübəsi olan D. Totter iki gün ərzində Azərbaycanın KİV təmsilçiləri üçün seminar keçəcək. O, 1998-ci ildə Vaşinqtonda jurnalistlər üçün yaradılan “Newsland” İnternet-Resurs Mərkəzinin icraçı direktorudur. Jurnalistikaya aid bir neçə kitabın müəllifi olan D. Totter dünyanın bir çox yerlərində xəbər sahəsində çalışan jurnalistlər üçün mütəmadi olaraq seminarlar keçir. Onun “Müstəqil jurnalistika üçün məlumat kitabçası” Azərbaycan dilinə tərcümə olunub və seminarda iştirak edən jurnalistlərə paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR