Bank Of Baku

Jurnalistlər Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər

Jurnalistlər Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər
# 09 iyul 2007 14:23 (UTC +04:00)
Bir qrup jurnalist Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı Səbayel Rayon Məhkəməsində qaldırdığı iddiaya baxılmaması ilə bağlı hakim Yusif Kərimovun qəbul etdiyi qərardan apellyasiya şikayəti verib. Bu barədə APA-ya Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib. Onun sözlərinə görə, ərizədə BŞİH-lə bağlı qaldırılmış iddianın əsassız olaraq geri qaytarıldığı göstərilib: “İddia geri qaytarılan zaman göstərilib ki, guya hansısa sənədlər iddia ərizəsinə əlavə olunmalı imiş. Amma bu sənədlərin heç biri prosedurda nəzərdə tutulmayıb”. R. Hacılı şikayətin təmin olunmayacağı halda, məsələ ilə bağlı kasasiya şikayəti verəcəklərini və nəhayət, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağını bildirib.
Qeyd edək ki, jurnalistlər məhkəməyə təqdim etdikləri ərizədə BŞİH-in sərbəst toplaşmaq azadlığını pozduğunu iddia edilib və şəhər rəhbərliyinin jurnalistlərin aksiyalarının yerinin dəyişdirilməsi ilə bağlı qərarının ləğvi tələb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR