Gənclər Platformasının “Sabir bağı”na təyin etdiyi piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə cavab verilməyib

Gənclər Platformasının “Sabir bağı”na təyin etdiyi piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə cavab verilməyib
# 09 iyul 2007 15:23 (UTC +04:00)
Azərbaycan Gənclər Platformasının həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə iyulun 10-na “Sabir bağı”na təyin etdiyi piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətə cavab verilməyib. Bu barədə APA-ya qurumun koordinatoru Orxan Qafarlı məlumat verib. Onun sözlərinə görə, müraciət qanunvericiliyə uyğun təyin olunub və nəzərdə tutulmuş müddətdə şəhər rəhbərliyinə çatdırılıb: “Bu gün icra hakimiyyətindən bizə zəng vurub bildirdilər ki, cavab hazırlayıblar və biz o cavab məktubunu götürməliyik. Amma gec olduğu üçün cavabı götürə bilməmişik”. O. Qafarlı cavabdan asılı olmayaraq, aksiyanı keçirmək fikrində olduqlarını deyib.
BŞİH-in siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya bildirib ki, müraciətə cavab bu gün səhərdən hazırdır. Amma aksiya keçirmək niyyətində olan təşkilatın nümayəndələri həmin cavabı götürməyiblər: “Müraciətdə təşkilatçılardan yalnız birinin mobil telefon nömməsi var ki, həmin nömrə də işləmir. Buna görə də cavabı onlara təqdim edə bilməmişik”. Z. Ramazanov cavabı təşkilatçılara təqdim etmədikləri üçün aksiyaya icazə verilib-verilməməsi ilə bağlı məlumat verə bilməyəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR