Bank Of Baku

“Tolışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi Azərbaycandakı diplomatik korpuslara müraciət ünvanlayıb

“Tolışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi Azərbaycandakı diplomatik korpuslara müraciət ünvanlayıb
# 09 iyul 2007 16:24 (UTC +04:00)
Dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən “Tolışi Sədo” (“Talışın səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi Azərbaycandakı diplomatik korpuslara müraciət ünvanlayıb. Müdafiə Komitəsindən APA-ya daxil olan müraciətdə N. Məmmədovun əsassız ittihamlarla həbs edildiyi bildirilib. Müraciətdə deyilir ki, Azərbaycanda son illərdə vətəndaşların konstitusion və beynəlxalq hüquqi azadlıqlarının tapdanır: “Bu isə yaxın gələcəkdə Azərbaycanla siyasi, iqtisadi, coğrafi təmasda olan digər xarici məmləkətlər üçün də son dərəcə ağır nəticə verə bilər”. Müraciətdə səfirlərdən talış ziyalılarının həbsi və təqibi ilə bağlı yaranmış vəziyyəti diqqətə saxlamaq, Azərbaycan hökumətindən vətəndaşlarının təqib və həbslərinə son qoyması xahiş olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR