Bank Of Baku

İTV Avropa Yayım Birliyinə üzv qəbul edilib

İTV Avropa Yayım Birliyinə üzv qəbul edilib
# 09 iyul 2007 17:10 (UTC +04:00)
Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinə - EBU-ya üzv qəbul edilib. Bu barədə Avropa Yayımları Birliyinin İstanbulda keçirilən Baş Assambleyasında qərar qəbul olunub. İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Avropa Yayımları Birliyinin baş direktoru Can Reveillon dünyanın ən nüfuzlu yayım birliyinə üzv qəbul olunması münasibəti ilə təşkilatın qərarını Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərova çatdırıb. Məktubda qeyd olunur ki, EBU-nun Baş Assambleyasının İstanbulda keçirilən illik sessiyasında Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin birliyə daimi üzv seçilməsinə qərar verilib. Qeyd edək ki, bundan sonra EBU ilə əməkdaşlıq çərçivəsində İctimai Teleradionun xüsusi önəm verdiyi məsələlər sırasında Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində təmsil olunması ön plandadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR