Azərbaycan Gənclər Platformasının bu günə təyin etdiyi piket baş tutmayıb

Azərbaycan Gənclər Platformasının bu günə təyin etdiyi piket baş tutmayıb
# 10 iyul 2007 11:15 (UTC +04:00)
Azərbaycan Gənclər Platforması həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə bu günə təyin etdiyi aksiyanı keçirə bilməyib. Qurumun koordinatoru Orxan Qafarlının APA-ya verdiyi məlumata görə, aksiyanın təxirə salınması Bakı Şəhər İcra Hakimiyyətinin piketə icazə verməməsi olub. Şəhər rəhbərliyi təşkilata ünvanladığı cavab məktubunda dövlət qurumlarına aid binaların 300 metrdən yaxında kütləvi tədbirlərin keçirilməsinin qadağan olunduğunu bildirib və buna görə də aksiyaya icazə verilməyib. O. Qafarlı Gənclər Platformasının aksiya fikrindən əl çəkmədiklərini və iyulun 24-nə daha bir aksiya təyin etdiklərini bildirib. Aksiyanın Füzuli meydanında keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR